Adam oğurluğuna görə axtarışda olan şəxsə hökm oxunub

Adam oğurluğuna görə axtarışda olan şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsinə adam oğurluğunda təqsirləndirilən Əli Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
16 Sentyabr , 2019 17:46
Adam oğurluğuna görə axtarışda olan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam oğurluğunda təqsirləndirilən Əli Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Ə.Hüseynli 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən şəxs qismində Günəşov Elşən Valeh oğlu tanınıb.

Şirvan şəhər sakini olan 25 yaşlı Əli Hüseynli "qanuni oğru", kriminal aləmdə "Rafet Əlibayramlinski" ləqəbi ilə tanınan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub.

Əli Hüseynli 2017-ci ildən etibarən cinayət əməllərinə görə axtarışda olub. Cinayət işinin materiallarına görə, 6 nəfərlik cinayətkar qrup 2017-ci ildə Binəqədi rayonunda Elşən Günəşovu oğurlayıblar. Onlar Günəşovu döyərək avtomobilin baqajına basıblar. Günəşov oradan qaçaraq polisə şikayət etməyə müvəffəq olub. İşin araşdırılması ilə AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşğul olub.

Qruplaşmanın bütün üzvləri - Rüfət Əmirov Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimov hadisədən dərhal sonra - 2017-ci ilin iyulunda saxlanılıblar. Həmin ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onları müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Rusiyaya qaçan Əli Hüseynli isə sonradan tutularaq Azərbaycana gətirilib və məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi