Gürcüstanın Acarıstan Muxtar Respublikasında (MR) koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, yoluxan şəxslər yük maşını sürücüləridir.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Acarıstanda son iki ayda COVID-19-a yeni yoluxma halı təsdiqlənməyib. MR mayın 23-də “yaşıl zona” elan edilib. Bölgədə virusa 71 nəfər yoluxub, onların 1-i vəfat edib.