Abuzər Cəfərovun məhkəməsinin hazırlıq iclası başlayıb

Abuzər Cəfərovun məhkəməsinin hazırlıq iclası başlayıb Məhkəmənin baxış iclası 13-nə təyin edilib
Hadisə
5 May , 2016 11:33
Abuzər Cəfərovun məhkəməsinin hazırlıq iclası başlayıb

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası 13-nə təyin edilib.

Qeyd edək ki, müstəqil jurnalist A.Cəfərov ötən il Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 8 nəfər şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.

Qeyd edək ki, A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib.

Son xəbərlər

Orphus sistemi