Abuzər Cəfərovun işindən Ali Məhkəməyə kassasiya şikayəti verilib

Abuzər Cəfərovun işindən Ali Məhkəməyə kassasiya şikayəti verilib Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb
Hadisə
23 Sentyabr , 2016 09:41
Abuzər Cəfərovun işindən Ali Məhkəməyə kassasiya şikayəti verilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Abuzər Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə çıxış edib.

Vəkil prosesin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət təmin edilməyib. Qərardan narazı qalan müdafiəçi Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, jurnalist A.Cəfərov ötən il Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İttihama görə, o, 8 nəfərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.

Məhkəmə prosesində A.Cəfərov özünü təqsirli bilməyib, ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Cəfərov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi