Abşeronda yük avtomobili qəza törədib, xəsarət alan var - FOTO

Abşeronda yük avtomobili qəza törədib, xəsarət alan var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Yanvar , 2017 11:32
Abşeronda yük avtomobili qəza törədib, xəsarət alan var - FOTO

Bakı. 24 yanvar. REPORT.AZ/ Abşeron rayonunda yük avtomobili qəza törədib.

"Report"un xəbərinə görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, "DAF" markalı yük avtomobilinin sürücüsü yuxuladığından idarəetməni itirib. Nəticədə yük avtomobili yol ayırıcındakı dəmir arakəsməyə çırpılıb. Yük avtomobili 100 metrədək dəmir arakəsməni dağıdaraq dayanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi