Yuxarı
    Bağlamaq

    Abşeronda yük avtomobili gənci vuraraq öldürüb, sürücü hadisə yerindən qaçıb

    Hadisə Qobu-Hökməli yolunda baş verib

    Bakı. 3 dekabr. REPORT.AZ/ Abşeron rayonunda yük avtomobili 28 yaşlı gənci vuraraq öldürüb.

    "Report"un xəbərinə görə, Abşeron rayonu Qobu-Hökməli yolunda "ZIL" markalı yük avtomobili 28 yaşlı İsgəndərov Murad Akif oğlunu vuraraq üzərindən keçib. Piyada hadisə yerində dünyasını dəyişib. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücünün tutularaq istintaqa təhvil verilməsi istiqamətində işlər aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi