Abşeronda yol qəzasında gəncin ayağı sınıb

Abşeronda yol qəzasında gəncin ayağı sınıb Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib.
Hadisə
22 Sentyabr , 2021 05:17
Abşeronda yol qəzasında gəncin ayağı sınıb

Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Masazır-Novxanı yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Əhmədov Elmir Elməddin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi