Abşeronda yol qəzasında 5 nəfər xəsarət alıb

Abşeronda yol qəzasında 5 nəfər xəsarət alıb Abşeron rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
12 iyul 2022 22:03
Abşeronda yol qəzasında 5 nəfər xəsarət alıb

Abşeron rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Məmmədova Məryəm Rüstəm qızı, 1994-cü il təvəllüdlü Kələntərov Nəriman Rüstəm oğlu, 1971-ci il təvəllüdlü Kələntərova Ləman Rizvan qızı, 1997-ci il təvəllüdlü Mirinova Alina Konstantin qızı və 2003-cü il təvəllüdlü Səlimov Ruslan Füzuli oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi