Abşeronda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
”Report" xəbər verir ki, hadisə Masazır dairəsi, körpünün yaxınlığında qeydə alınıb.
Belə ki, hadisə zamanı 1970-ci il təvəllüdlü Əzimov Azər Səfi oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.