Abşeronda yol qəzası oldu, xəsarət alanlar var - YENİLƏNİB

Abşeronda yol qəzası oldu, xəsarət alanlar var - YENİLƏNİB Abşeron rayonunun Novxanı qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yralanan şəxslərin adları məlum olub.
Hadisə
28 Mart , 2020 22:40
Abşeronda yol qəzası oldu, xəsarət alanlar var - YENİLƏNİB

Abşeron rayonunun Novxanı qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yralanan şəxslərin adları məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə nəticəsində 1994-cü il təvəllüdlü Məmmədli Sübhan Fuad oğlu, 2001-ci il təvəllüdlü Kişiyev İlham Fariz oğlu və 1996-cı il təvəllüdlü Şıxəliyev Yunis Azər oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə alınıblar. S.Məmmədliyə və Y.Şıxəliyevə burun sümüyünün, İ.Kişiyevə isə sol mil sümüyünün sınığı diaqnozları qoyulub.


*** 20:19

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. 

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. adisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi