Abşeronda yol qəzası baş verib: ölən və yaralanan var

Abşeronda yol qəzası baş verib: ölən və yaralanan var Hadisə zamanı 1 nəfər ölüb
Hadisə
2 Noyabr , 2017 08:09
Abşeronda yol qəzası baş verib: ölən və yaralanan var
Report

Abşeron. 2 noyabr. REPORT.AZ/ Abşeron rayonunda yük avtomobili piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib. Belə ki, yük avtomobili yol keçən təxminən 20-25 yaşlı oğlanı vurib. Hadisə zamanı yük avtomobilinin sürücüsü əyləcdən istifadə edərkən maşın aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya aparılıb.

Piyada isə hadisə yerində ölüb

Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi