Yuxarı

Abşeronda yaşlı kişi yanğın zamanı ölüb

Hadisə Məhəmmədli kəndində baş verib

Bakı. 20 fevral. REPORT.AZ/ Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

“Report” FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi