Abşeronda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Abşeronda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölm
Hadisə
30 Noyabr , 2020 01:30
Abşeronda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Abşeron rayonunun Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisindən 13-cü mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 39 p.m, mərtəbələrin pilləkən qəfəslərində quraşdırılan 52 ədəd elektrik sayğacı və zirzəmisində ümumi sahəsi 150 m² olan mebel sexinin giriş qapısı yanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Yanğın zamanı 37 nəfər bina sakini (onlardan 7 nəfəri azyaşlıdır) yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Sayğacların qalan hissəsi, mənzillər və mebel sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.

FHN-dən "Report"a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi