Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib

Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.
Hadisə
8 avqust 2023 13:10
Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib

Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Güzdək qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində hər birinin ümumi sahəsi 69 m² olan iki üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları ümumilikdə 6 m² sahədə və 2 ədəd plastik qapı yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi