Abşeronda yanğının yaşayış binasına keçməsinin qarşısı alınıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində, Xətai küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə mövcud yaşayış binalarının ətrafında quru otlara od vurulub. Alov getdikcə genişlənib və bina istiqamətinə doğru yayılıb. Bunu görən sakinlər dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat veriblər.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun yaşayış binasına keçməsinin qarşısını ala biliblər. Yanğının nədən baş verdiyi hələ ki, məlum deyil.

