Abşeronda yanğın olub, zərərçəkən var

Abşeronda yanğın olub, zərərçəkən var Abşeronda yanğın olub.
Hadisə
375
20 Mart , 2022 22:15
Abşeronda yanğın olub, zərərçəkən var

Abşeronda yanğın olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Son xəbərlər

Orphus sistemi