Abşeronda baş verən yanğın söndürüldü - YENİLƏNİB

Abşeronda baş verən yanğın söndürüldü - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda baş verən yanğınla bağlı açıqlama yayıb.
Hadisə
24 Fevral , 2020 10:23
Abşeronda baş verən yanğın söndürüldü - YENİLƏNİB
0 : 00
0 : 00

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda baş verən yanğınla bağlı açıqlama yayıb.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, yanğın Qobu qəsəbəsində məişət tullantıları olan ərazidə qeydə alınıb.

O qeyd edib ki, təkər qalıqlarından yanğın baş verib və nazirliyin yanğınsöpndürən maşınlarının köməyi ilə yanğın söndürülüb.


**08:25

Abşeronda güclü yanğın hadisəsi olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.

İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir.

Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi