Abşeronda tibb bacısını maşın vurub

Abşeronda tibb bacısını maşın vurub Hadisə qadın işdən çıxıb evə gedərkən olub
Hadisə
31 Mart , 2018 18:49
Abşeronda tibb bacısını maşın vurub

Abşeron. 31 mart. REPORT.AZ/ Abşeron rayonunun Ceyranbatan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1964-cü il təvəllüdlü yerli sakin İmanova Gülzar Muxtar qızı yaşadığı ərazidə işdən çıxıb evə gedərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb.Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

G.İmanova Ceyranbatan qəsəbəsinin tibb məntəqəsində tibb bacısı işləyir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi