Abşeronda tanışının avtomobilini qaçıran keçmiş məhkuma hökm oxunub

Abşeronda tanışının avtomobilini qaçıran keçmiş məhkuma hökm oxunub Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının avtomobilini qaçırmaqda təqsirləndirilən Kənan Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
26 Sentyabr , 2018 11:55
Abşeronda tanışının avtomobilini qaçıran keçmiş məhkuma hökm oxunub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının avtomobilini qaçırmaqda təqsirləndirilən Kənan Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, cinayət hadisəsi bu il yanvarın 20-də Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib. K.Əliyev tanışı Azər Yaqubovun avtomobilini qanunsuz ələ keçirərək qaçırıb.

Daha sonra A.Yaqubov hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

K.Əliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş A.Yaqubov onu bağışlayıb və ona sanksiyadan ən aşağı cəza verilməsini istəyib.

Xatırladaq ki, K.Əliyev daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi