Yuxarı

Abşeronda taksi sürücüsünün avtomobilini qaçıran şəxs həbs edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elgin Feyzullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, istintaq dövründə E.Feyzullayevin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, bir neçə dəfə məhkəmə çağırışlarına əməl etməyib. E.Feyzullayevin barəsində axtarış qərarı çıxarılıb. O, daha sonra həbs edilib.

Məhkəmənin baxış iclası martın 5-nə təyin olunub.

Qeyd edək ki, 2017-ci ilin fevral ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan Zaməddin İmanovun “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron rayon Polis idarəsinin Cinayət axtarış idarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Feyzullayev şübhəli şəxs qismində saxlanılıb.

O, maşınla Abşeron rayonunun Goradil qəsəbəsinə gəlib.

E.Feyzullayevin quldurluq əməlindən başqa oğurluq etdiyi də məlum olub.

İstintaq dövründə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi