Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var

Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var Abşeronda sexdə partlayış qeydə alınıb.
Hadisə
19 Noyabr , 2020 17:27
Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Abşeron rayonunda sexdə partlayış qeydə alınıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.

Belə ki, sexdə yanğınla nəticələnən partlayış olub.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar da var.

Son xəbərlər

Orphus sistemi