Abşeronda sərnişin avtobusu yeniyetməni vurub

Abşeronda sərnişin avtobusu yeniyetməni vurub Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 May , 2022 22:38
Abşeronda sərnişin avtobusu yeniyetməni vurub

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Müşviqabaq qəsəbəsində qeydə alınıb. Belə ki, 14 saylı sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Nəsirova Mələkxanim Bəxtiyar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi