Abşeronda sərnişin avtobusu qəza törədib, 7 nəfər xəsarət alıb

Abşeronda sərnişin avtobusu qəza törədib, 7 nəfər xəsarət alıb Avtobus qarşısında gedən minik maşınına çırpılıb
Hadisə
17 Sentyabr , 2017 01:29
Abşeronda sərnişin avtobusu qəza törədib, 7 nəfər xəsarət alıb
Foto: Report.az

Bakı. 17 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi – red.) çırpılıb.

Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib. Bir nəfərin - 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi