Bakı. 17 mart. REPORT.AZ/ Abşeron rayonunda MMC-yə məxsus sement istehsalı sexində yanğın olub.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Digah qəsəbəsində “TUR-M” MMC-yə məxsus sement istehsalı sexinin ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğını saat 02:59-da yanğınsöndürənlər söndürüb.