Yuxarı

Abşeronda şadlıq sarayının qarşısında 9 yaşlı uşağı maşın vurub

Abşeronda şadlıq sarayının qarşısında 9 yaşlı uşağı maşın vurub

Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən "Briliant" şadlıq sarayının qarşısında qeydə alınıb. 

Belə ki, 2010-cu il təvəllüdlü Əliyeva Samirə Samir qızı yolu keçərkən maşın vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi