Yuxarı

Abşeronda repetitor yanından qayıdan iki məktəblini maşın vurub

Abşeronda repetitor yanından qayıdan iki məktəblini maşın vurub
Yaralılardan birinin vəziyyəti ağırdır

Abşeron. 7 mart. REPORT.AZ/ Abşeron rayonunda yolu keçən iki məktəblini maşın vurub.

"Report"un Abşeron-Sumqayıt bürosunun məlumatına görə, hadisə martın 6-sı günorta saatlarında Ceyranbatan qəsəbəsində baş verib.

Repetitor yanından evə qayıdan iki şagird - 2001-ci il təvəllüdlü Nəzrin Bilal qızı Candirova və 2001-ci il təvəllüdlü Xədicə İman qızı Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi