Abşeronda qohumunu öldürən şəxsin məhkəməsində mübahisə düşüb

Abşeronda qohumunu öldürən şəxsin məhkəməsində mübahisə düşüb Məhkəmə iclası təxirə salınıb
Hadisə
3 Noyabr , 2016 15:01
Abşeronda qohumunu öldürən şəxsin məhkəməsində mübahisə düşüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Arif Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslə proses iştirakçıları arasında mübahisə düşüb.

Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi Abşeron rayonu, Saray qəsəbəsində, Rövşən Nəbiyev küçəsi, 23 ünvanında baş verib. Xeyir işə hazırlaşan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil ediblər. Məclisdə iştirak edən ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə mübahisə edib. Mübahisə zəminində A.Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmaq istəyib. Bu zaman bıçaq Ə.Məmmədovun sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən A.Ağayevi saxlayıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi