Abşeronda qayın mülk üstündə yeznəsini bıçaqlayıb

Abşeronda qayın mülk üstündə yeznəsini bıçaqlayıb Hadisə Novxanı qəsəbəsində baş verib
Hadisə
12 May , 2018 06:26
Abşeronda qayın mülk üstündə yeznəsini bıçaqlayıb

Bakı. 12 may. REPORT.AZ/ Abşeron rayonunun Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1986-ci il təvəllüdlü Quliyev Natiq Qurban oğlu qaynatasına məxsus mülkün ona aid olduğunu bildirib və bu səbəbdən onunla qaynı arasında əlbəyaxa dava düşüb.

Nəticədə qaynı onun bud nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi