Abşeronda qardaşlar qaçırdıqları avtomobili dirəyə çırpıb

Abşeronda qardaşlar qaçırdıqları avtomobili dirəyə çırpıb Abşeronda avtomobil qaçıran şəxs tutulub.
Hadisə
4 may 2020 08:28
Abşeronda qardaşlar qaçırdıqları avtomobili dirəyə çırpıb
0 : 00
0 : 00

Abşeronda avtomobil qaçıran şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis Şöbəsinə Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobilinin mayın 2-i saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi