Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub

Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub Hadisə Sulutəpə qəsəbəsində baş verib
Hadisə
20 İyun , 2017 08:33
Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub
Courtesy İmage

Bakı. 20 iyun. REPORT.AZ/ Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Sulutəpə qəsəbəsində 1958-ci il təvəllüdlü Ağayev Əlizadə Mirağa oğlu qardaşı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı qardaşı Ə.Ağayevə qarnının ön divarına və döş qəfəsinə 9 bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi