"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Abdıyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, R.Abdiyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.
Qeyd edək ki, R.Abdıyev internetdə tanış olduğu Abşeron rayon sakini A.İ-lə (qadın) yaxın münasibətdə olduqdan sonra əlindəki özəl görüntülərilə onu şantaj etməklə hədələyib. Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Ötən ilin noyabr ayının 6-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 100 manat alarkən Ağstafa rayon sakini R.Abdıyev tutulub. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.