Abşeronda qadın avtomobildən düşürülərək bıçaqla hədələnib

Abşeronda qadın avtomobildən düşürülərək bıçaqla hədələnib Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini S.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin
Hadisə
2376
9 Sentyabr , 2020 15:51
Abşeronda qadın avtomobildən düşürülərək bıçaqla hədələnib
Ziyad Abbasov və Samir Mehralıyev
0 : 00
0 : 00

Abşeron Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Xırdalan şəhər sakini S.Paşayeva sentyabrın 7-si saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, idarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini Samir Mehralıyev və tanışı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Abşeron RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 

Orphus sistemi