Abşeronda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanadan qaçıb

Abşeronda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanadan qaçıb Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışına başlayıb
Hadisə
18 Sentyabr , 2017 06:51
Abşeronda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanadan qaçıb
"Report"

Abşeron. 18 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanaya yerləşdirilib və ordan yaralı vəziyyətdə qaçıb.

"Report"un xəbərinə görə, piyadanın ölümü ilə nəticələnən yol qəzası Xırdalan şəhərində baş verib.

Belə ki, Heydər Əliyev prospektində təxminən 25 yaşlı Orxan (soyadı hələlik məlum deyil) idarə etdiyi 99-CP-033 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobillə əvvəlcə yolu keçən 1971-ci il təvəllüdlü Ağazadə Səmayə Adil qızını vurub. Daha sonra avtomobil yol kənarındakı hasara çırpılıb. Piyada hadisə yerində ölüb. Sürücü isə açıq kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin o, həkimlərin ilkin tibbi yardımı zamanı xəstəxananın pəncərəsindən qaçıb. 

Hazırda Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi