Yuxarı

Abşeronda piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü tutulub

Abşeronda piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü tutulub

Bakı. 15 avqust. REPORT.AZ/ Abşeron rayonunda piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü tutulub. 

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 12-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KamAZ” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi