Abşeronda piyadanı vuran sürücünün məhkəməsi başlayır

Abşeronda piyadanı vuran sürücünün məhkəməsi başlayır Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Akşin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
11 Noyabr , 2019 09:57
Abşeronda piyadanı vuran sürücünün məhkəməsi başlayır

Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Akşin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Vaqif Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Bağlar” yaşayış massivində qeydə alınıb. Yolun piyadalar üçün müəyyən edilməmiş hissədən keçməyə çalışan 1983-cü il təvəllüdlü Tağıyeva Gülşən Fəxrəddin qızı avtomobillə vurulub. O, dərhal 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. 

Avtomobilin sürücüsü A.Ağayevə Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi