Abşeronda piyadanı maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Abşeronda piyadanı maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB Abşeron. 22 fevral. REPORT.AZ/ Abşeron rayonunda yolu keçmək istəyən piyadanı vuraraq öldürən sürücü saxlanılılb. 
Hadisə
22 Fevral , 2018 12:33

Abşeron. 22 fevral. REPORT.AZ/ Abşeron rayonunda yolu keçmək istəyən piyadanı vuraraq öldürən sürücü saxlanılılb. 

"Report"un yerli bürosu xəbər verir ki, sürücü, 1987-ci il təvəllüdlü Orxan Hamlet oğlu Əkbərov idarə etdiyi 50-DG-915 dövlət nömrə nişanlı avtomobillə hərkətdə olarkən yolu keçmək istəyən təxminən 35-40 yaşlarında kişini vurub. Hadisə zamanı piyada elə yerində dünyasını dəyişib. Sürücü isə saxlanılaraq istintaqa cəlb olunub. 


***12:16

Abşeron. 22 fevral. REPORT.AZ/ Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Mehdiabad-Novxanı yolunda baş verib.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi