Abşeronda piyadanı maşın vuraraq öldürüb, sürücü qaçıb

Abşeronda piyadanı maşın vuraraq öldürüb, sürücü qaçıb Qəza Qobu qəsəbəsində qeydə alınıb
Hadisə
24 May , 2017 08:41
Abşeronda piyadanı maşın vuraraq öldürüb, sürücü qaçıb
Report.az

Bakı. 24 may. REPORT.AZ/ Abşeron rayonunun Qobu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, naməlum markalı avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Kərimov Famil Şamxal oğlunu vurub.

F.Kərimov hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü məsuliyyətdən yayınmaq üçün avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Abşeron Rayon Polis İdarəsində sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi və onun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış işlərinə başlanıb.

Son xəbərlər

Orphus sistemi