Abşeronda öz evini bir neçə nəfərə satan şəxs hava limanında saxlanılıb

Abşeronda öz evini bir neçə nəfərə satan şəxs hava limanında saxlanılıb O, ölkəyə qayıdan zaman polislər tərəfindən həbs olunub
Hadisə
3 Noyabr , 2014 16:04
Abşeronda öz evini bir neçə nəfərə satan şəxs hava limanında saxlanılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın Abşeron rayonunda dələduzluq faktı qeydə alınıb. Bu barədə "Report"a Abşeron Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Araşdırma zamanı məlum olub ki, Səlimov Cəsarət Alxan oğlu,  2012-2013-cü illər ərzində  ev alqı-satqısı ilə məşğul olan İradə İbadova və Rüfət Əhmədovla əlbir olaraq ona məxsus Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən mənzili dələduzluq yolu ilə bir neçə nəfərə satıb. Dəstə üzvləri bu yolla zərərçəkənlər - Eyvaz Mehdiyevin 9 min, Sürməli Nəzirovun 25 min və Rəna Ağayevanın 25 min manat pulunu ələ keçiriblər. Daxil olan şikayət əsasında dəstənin iki üzvü İ.İbadova və R.Əhmədov saxlanılaraq barələrində həbs qətiimkan tədbiri seçilib. Amma həmin vaxt C.Səlimov ölkədə olmadığından onun barəsində axtarış elan edilib.

C.Səlimov yaşadığı Rusiya Federasiyasından ölkəyə qayıdan zaman hava limanında polislər tərəfindən saxlanılıb. Hazırda faktla bağlı C.Səlimov barəsində Abşeron RPŞ-də başlanan cinayət işinin istintaqı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi