Abşeronda ölümlə nəticələnə qəza törədən sürücünün məhkəməsi başlayır

Abşeronda ölümlə nəticələnə qəza törədən sürücünün məhkəməsi başlayır Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mövləddin Qurbanməhəmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
23 Sentyabr , 2019 11:30
Abşeronda ölümlə nəticələnə qəza törədən sürücünün məhkəməsi başlayır

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mövləddin Qurbanməhəmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Vaqif Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Abşeron rayonu Qobu qəsəbəsində qeydə alınıb. Qaradağ rayonu, Lökbatan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Fərəcov Nazim Gülverdi oğlu idarə etdiyi "VAZ - 2107"markalı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində hərəkətdə olarkən Qurbanməhəmmədov Mövləddin Aslan oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində N.Fərəcov ölüb, M.Qurbanməhəmmədov isə xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. M.Qurbanməhəmmədova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi