Abşeronda oğul anasını bıçaqlayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO

Abşeronda oğul anasını bıçaqlayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO Sənan Zalov əvvəllər də məhkumluq həyatı yaşayıb
Hadisə
1 Mart , 2018 12:26
Abşeronda oğul anasını bıçaqlayıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
"Report"

Video əlavə olunub


*** 03:51

Abşeron. 1 mart. REPORT.AZ/ Abşeron Gənclər Şəhərciyində anasını bıçaqlayan S.Zalov "VAZ-2107" markalı avtomobillə hadisə yerindən qaçıb.

"Report" xəbər verir ki, 17 yaşlı gənc hazırda polis tərəfindən axtarılır.

Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Qeyd edək ki, zalovlar ailəsi Xudat rayonundandır və şəhərcikdə kirayədə qalır.

17 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib. 


***00:25

Abşeronda oğulun anasını bıçaqlamasının təfərrüatı məlum olub. 

"Report" xəbər verir ki, 17 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib. 

Qadının vəziyyəti ağırdır. 


***23:28

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı 17 yaşlı oğlu tərəfindən 4 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi