Abşeron sakininin evindən 11 kq-dan artıq narkotik götürüldü

Abşeron sakininin evindən 11 kq-dan artıq narkotik götürüldü Narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
2 Sentyabr , 2020 13:48
Abşeron sakininin evindən 11 kq-dan artıq narkotik götürüldü
0 : 00
0 : 00

Narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarənin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Abşeron rayonu, Qobu qəsəbəsi sakini Elşən Muxtarov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 15 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib.

Elşən Muxtarovun Qobu qəsəbəsindəki evinə baxış zamanı əlavə olaraq 2 kq 800 qram qurudulmuş marixuana və həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 9 kq-a yaxın olan 8 ədəd çətənə kolu aşkar olunaraq  götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşən Muxtarov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi