Abşeronda naməlum kişi meyiti tapılıb - YENİLƏNİB

Abşeronda naməlum kişi meyiti tapılıb - YENİLƏNİB Abşeron rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.
Hadisə
28 Avqust , 2019 20:54
Abşeronda naməlum kişi meyiti tapılıb - YENİLƏNİB

Abşeron rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, onun Xırdalan şəhər sakini, 1965-ci il təvəllüdlü Hüseynov İlkin Mirməmməd oğludu müəyyən olunub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 


*** 16:23

Abşeron rayonunda naməlum kişi meyiti tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. 

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, Xırdalan şəhəri ərazisində, təxminən, 45-50 yaş arasında aşkarkanan kişi meyitinin şəxsiyyətini aşkar etmək hələ ki mümkün olmayıb

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi