Abşeronda minik avtomobili “KaMAZ”a çırpıldı, xəsarət alan var

Abşeronda minik avtomobili “KaMAZ”a çırpıldı, xəsarət alan var Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
23 Mart , 2020 03:22
Abşeronda minik avtomobili “KaMAZ”a çırpıldı, xəsarət alan var

Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalanda, Ekologiya postu kimi tanınan ərazidə qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əliyev Sarvan Bəhmən oğlunun idarə etdiyi minik avtomobili hərəkətdə olarkən “KaMAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı S.Əliyevə sol mil sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi