Bakı. 23 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 303 saylı marşut avtobusundan düşən 2001-ci il təvəllüdlü Abdullazadə Aytən Seyfəddin qızı həmin nəqliyyat vasitəsinin qarşısına keçib və avtobus onu vurub.
Məktəbli orta-ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.