Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb

Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb Hadisəni törədən sürücü də hadisə yerindən uzaqlaşıb
Hadisə
4 Mart , 2018 14:52
Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb

Abşeron. 4 mart. REPORT.AZ/ Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Ceyranbatan bağları ərazisində baş verib.

Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Vüqar Əsədov sonradan oradan qaçıb. Tibb müəssisəsindən verilən məlumata görə, o, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi