Abşeronda maşın gənc oğlanı vuraraq tanınmaz hala salıb - FOTO

Abşeronda maşın gənc oğlanı vuraraq tanınmaz hala salıb - FOTO Hadisə Hökməli-Qobu yolunda baş verib
Hadisə
23 Fevral , 2018 08:33
Abşeronda maşın gənc oğlanı vuraraq tanınmaz hala salıb - FOTO
Report

Bakı. 23 fevral. REPORT.AZ/ Abşeron rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Hökməli-Qobu yolunda baş verib.

Hökməli qəsəbə sakini Elçin Məmmədov idarə etdiyi "01-BZ-421" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən şəxsiyyəti məlum olmayan 20-25 yaşlı gənc oğlanı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə apararkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib. Meyit onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Abşeron RPİ-də cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi