Abşeronda mal-qaranı axtararkən yola çıxan bacı-qardaşı maşın vurub, biri ölüb

Abşeronda mal-qaranı axtararkən yola çıxan bacı-qardaşı maşın vurub, biri ölüb Hadisəni onların qohumları törədib
Hadisə
22 Noyabr , 2017 05:59
Abşeronda mal-qaranı axtararkən yola çıxan bacı-qardaşı maşın vurub, biri ölüb

Bakı. 22 noyabr. REPORT.AZ/ Abşeron rayonunda bir piyadanın ölümü, digərinin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirəvan Xansuvar oğlu və bacısı Dünyamalıyeva Qiymət Xansuvar qızı yolu keçmək istəyən zaman baş verib.

Hadisəni "Mercedes" markalı avtomobil ilə hərəkətdə olan Dünyamalıyev Ceyhun törədib. Sürücü hər iki yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsa da, həkimlər N.Dünyamalıyevin həyatını xilas edə bilməyiblər. Digər yaralının da vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Hadisə bacı və qardaş örüşdən geri qayıtmayan iki iribuynuzlu heyvanı axtaran zaman qeydə alınıb. Hadisəni törədən sürücü də onların qohumu çıxıb.

Son xəbərlər

Orphus sistemi