Abşeronda mağazadan oğurluğa cəhd göstərən dostlar saxlanılıb

Abşeronda mağazadan oğurluğa cəhd göstərən dostlar saxlanılıb Abşeron. 11 fevral. REPORT.AZ/ Abşeron rayonunda mağazadan oğurluq etmək istəyən şəxslər saxlanılıblar.
Hadisə
11 Fevral , 2019 17:49
Abşeronda mağazadan oğurluğa cəhd göstərən dostlar saxlanılıb

Abşeron. 11 fevral. REPORT.AZ/ Abşeron rayonunda mağazadan oğurluq etmək istəyən şəxslər saxlanılıblar. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Novxanı kəndində qeydə alınıb.

Belə ki, Abşeron rayon Polis idarəsinin əməkdaşları Nicat VəliyevMəhəmməd Gülverdizadəni iş başında yaxalayıblar. Araşdırma zamanı saxlanılan şəxslərdən biri - Nicat Vəliyevin Abşeron rayonun bir çox yerlərində, eləcə də Masazır kəndində mağazalardan oğurluq edərək vətəndaşlara maddi ziyan vurduğu da məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi