Abşeronda kütləvi dava olub, bir nəfər bıçaqlanıb

Abşeronda kütləvi dava olub, bir nəfər bıçaqlanıb Abşeron. 4 avqust. REPORT.AZ/ Abşeron rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.
Hadisə
4 Avqust , 2018 10:05
Abşeronda kütləvi dava olub, bir nəfər bıçaqlanıb

Abşeron. 4 avqust. REPORT.AZ/ Abşeron rayonunda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Mustafayev Rahim Şahin oğlu qəsəbə ərazisində fəaliyyət göstərən "Pəhləvanlar" obyektində kütləvi dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırlıb və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi