Abşeron. 12 aprel. REPORT.AZ/ Abşeronda 7 nəfər arasında əlbəyaxa dava olub.
"Report" xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.
Dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğluna beş bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
O, cərrahi əməliyyat olunub. Yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.